Saakaşvili məhkəmədə Ukrayna dilində çıxış etmək istədi, hakim icazə vermədi

22/12/2022 - 12:36

Gürcüstanın ekc-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsində Ukrayna dilində çıxış etmək istəsə də, hakim buna imkan verməyib. Mixail Saakaşvili qeyd edib ki, o, Ukrayna vətəndaşıdır və ukrayna dilində danışacaq.

Qafqaz.media xəbər verir ki, hakim Giorgi Arevadze distant qaydada məhkəmə prosesinə qatılan eks-prezidentin səsinin söndürülməsini istəyib.

Nəticədə məhkəmə zalında səs-küy yaranıb. Milli Hərəkat tərəfdarı Darejan Tskvitaria etiraz edib, o, məhkəmə zalından çıxarılaraq 200 lari cərimə olunub.

Mixail Saakaşvili tezliklə tərcüməçinin köməyi ilə məhkəmə qarşısına çıxacaq.

Qafqaz.media