“Saakaşvilinin başqa klinikaya köçürüləcəyini istisna etmirəm” – VƏKİLİNDƏN AÇIQLAMA

03/12/2022 - 23:58

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze müvəkkilinin başqa klinikaya köçürüləcəyini istisna etmir.

Qafqaz.media xəbər verir ki, Xaçapuridzenin Gürcüstanın “Birinci Kanal”ına verdiyi məlumata görə, son günlər Saakaşvilinin vəziyyəti pisləşib.

“Məhkəmə vaxtında təyin olunmalıdır, hakim hələ vaxt təyin etməyib. Amma istisna etmirəm ki, məhkəmə qarşıdakı həftə təyin olunacaq.

Saakaşvilinin başqa klinikaya köçürüləcəyini istisna etmirəm. Xaricə getmək istəyirik, amma bunun üçün proses aparmaq lazımdır və prosesdən əvvəl o, reanimasiya şöbəsinə köçürülməlidir. Son üç gündə onun vəziyyəti xeyli pisləşib.

Mütəxəssislərin fikrini bilirik ki, o, Avropa və ya Amerikadakı multidissiplinar klinikaya köçürülməlidir. Bunun üçün xüsusi təyyarə və avadanlıqlar var. Mən bir şeyi bilirəm, əgər məhkəmə hökmün icrasını təxirə salmaqdan və ya onu cəzadan azad etməkdən imtina etsə, əminəm ki, o, burada öləcək”, - Şalva Xaçapuridze bildirib.

Qafqaz.media