“Saakaşvilinin hüquqlarının qorunmasına görə məsuliyyət hökumətin üzərinə düşür” – ABŞ SƏFİRİ

09/12/2022 - 14:38

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib ki, Vaşinqton Mixail Saakaşvilinin işini diqqətlə izləyir.

Qafqaz.media xəbər verir ki, Deqnanın sözlərinə görə, Saakaşvilinin sağlamlığını və hüquqlarını, o cümlədən ədalətli məhkəmə araşdırması hüququnu qorumaq hökumətin üzərinə düşür.

Bundan əlavə, Kelli Deqnan Saakaşvili ilə bağlı İctimai Müdafiə İdarəsinin nümunəvi iş gördüyünü vurğulayıb.

“Son nəticədə, cənab Saakaşvilinin fiziki və psixi sağlamlığının qorunması, tibbi ehtiyaclarının ödənilməsi və hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırması hüququnun müdafiəsi hökumətin üzərinə düşür. Biz bu konstitusiya öhdəliyinin və məsuliyyətin təmin olunmasını gözləyirik”, - Kelli Deqnan bildirib.

Qafqaz.media