Saakaşvilinin vəkilləri eks-prezidentin həbsinin video-xronikasını alacaqlar

14/12/2022 - 15:14

Tbilisi Şəhər Məhkəməsi Penitensiar Xidmətə Mixail Saakaşviliyə aid bütün videomaterialları onun vəkillərinə təhvil verməyi əmr edib.

"Onların arxivləşdirdikləri və 2021-ci il oktyabrın 1-dən bu il dekabrın 14-dək əlçatandır" deyən hakim müdafiə tərəfinin vəsatətini təmin etdi.

Xatırladaq ki, bu gün, dekabrın 14-də Mixail Saakaşvilinin məhkəməsi keçirilib. Eks-prezident videobağlantı vasitəsilə qoşulmağa hazır olub, lakin Penitensiar Xidmət ondan imtina edib. Müvafiq açıqlamanı prosesdə hakim Giorgi Arevadze verib.

Onun sözlərinə görə, Penitensiar Xidmət iddia edib ki, “indiki mərhələdə Mixail Saakaşvilinin prosesə uzaqdan daxil olmasını təmin etmək üçün heç bir yol yoxdur”.

Qafqaz.media