Si Cinpin və Medvedevin görüşündə "SSRİ bayrağı"! – GÖRÜNTÜLƏR SOSİAL ŞƏBƏKƏLƏRDƏ SƏS-KÜYƏ SƏBƏB OLDU…

21/12/2022 - 23:41

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Pekində Çin sədri Si Cinpinlə danışıqlar aparıb və Rusiya prezidenti Vladimir Putinin mesajını çatdırıb.

Qafqaz.media bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, internetdə görüşdən foto və video görüntülər də yayılıb. Maraqlıdır ki, görüntülərdə Çin Xalq Respublikasının bayrağının yanında Sovet İttifaqının bayrağına bənzər bir bayraq olduğunu görmək olar. Bəzi sosial şəbəkə istifadəçiləri Rusiya nümayəndə heyətinin SSRİ bayrağı altında Pekində çıxış etdiyini bildiriblər.

Sonradan məlum oldu ki, “SSRİ bayrağı” Çin Kommunist Partiyasının bayrağı olub. Sovet bayrağına çox bənzəyir, lakin çəkic və oraq nisbətləri ilə fərqlənir.

Qafqaz.media