SON DƏQİQƏ! - Zelenski Ukraynanın mənəvi müstəqilliyini elan etdi

02/12/2022 - 01:44

Prezident Vladimir Zelenski ukraynalılara gündəlik müraciətini Ukraynanın “mənəvi müstəqilliyinə” həsr edib.

Qafqaz.media xəbər verir ki, prezident Zelenski Ukrayna Milli Təhlükəsizlik Şurasının iclasından sonra belə deyib.

Zeıenski bildirib ki, Rusiya Federasiyasındakı təsir mərkəzlərinə bağlı dini qurumların Ukraynada fəaliyyətinin qeyri-mümkünlüyünə dair qanun layihəsi Ali Radaya (UOK-a böyük təsiri olan və indi də var olan Moskva Patriarxlığı) təqdim ediləcək.

Etnik Siyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidməti Moskva Patriarxlığı ilə münasibətləri baxımından UOK-un nizamnaməsini yoxlayacaq.

Rusiya ilə əməkdaşlıq edən keşişlərə qarşı sanksiyalar tətbiq olunacaq, onların adları ictimaiyyətə açıqlanacaq.

“Bu və digər qərarlarımızla biz Ukraynanın mənəvi müstəqilliyinə zəmanət veririk”, - deyə Zelenski bildirib.

Qafqaz.media