“SƏSİNİ EŞİDƏCƏKSİNİZ, AMMA ÖZÜNÜ GÖRMƏYƏCƏKSİNİZ” - ABŞ-da nüvə silahı daşıya bilən “gözəgörünməz” bombardmançının təqdimatı keçirildi – FOTO
ABŞ-ın aviasiya və hərbi sənayesində mühüm hadisə baş verib. Belə ki, son 30 ildə ilk dəfə ölkədə yeni strateji bombardmançı təyyarənin ictimai təqdimatı oldu.
Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, “B-21 Raider” nüvə silahı daşıya bilən ən son gizli strateji bombardmançı olaraq təqdim edilib. Bu təyyarə dünyanın ilk altıncı nəsil bombardmançısı hesab olunur.
“B-21 Raider”-in təqdimatı zamanı yalnız bədii təsvirləri nümayiş etdirilib. Bu təyyarə yenilənməsi nəzərdə tutulan “B-2 Spirit” gizli bombardmançısına bənzəyir.
“B-21 Raider” Pentaqonun nüvə triadasını modernləşdirmək üçün göstərdiyi üç səydən biridir: onun digər iki "komponenti" silos əsaslı nüvə ballistik raketləri və sualtı döyüş başlıqlarıdır.
“B-21 Raider”-i inkişaf etdirən “Northrop Grumman” şirkətinin baş icraçı direktoru Keti Uorden bildirib ki, təyyarə xaricdən B-2-yə bənzəsə də, içəridə bu oxşarlıq tamamilə yox olur. Söhbət bortda quraşdırılmış sistemlərin tamamilə yeni hesablama imkanlarından və qabaqcıl proqram təminatından gedir.
Digər yeniliklərə onu daha da görünməz etmək üçün təkmilləşdirilmiş materiallar və örtüklərdir. İddia olunur ki, “B-21 Raider” düşmən radarlardan yayınmaq üçün maskalana bilən elektromaqnit şüalanmaya malikdir.
“Siz bu təyyarənin səsini eşidəcəksiniz, amma özünü görməyəcəksiniz”, - Keti Uorden deyib. O, həmçinin bildirib ki, “B-21 Raider” B-2-dən bir qədər kiçik, lakin onun diapazonu daha geniş olacaq.
Məlumata əsasən, hazırda istehsalda altı ədəd “B-21 Raider” bombardmançısı var. Hərbi Hava Qüvvələri həm ekipajlı, həm ekipajsız nüvə bombalarını daşıya bilən 100 təyyarə yaratmağı planlaşdırır.
Qafqaz.media