Sultan Raev: “TÜRKSOY-a üzv ölkələrin Milli Kitabxanalar Birliyini quracağıq”

26/12/2023 - 11:53

“TÜRKSOY-a üzv ölkələrin Milli Kitabxanalar Birliyini quracağıq”.

“Report”un Ankara Bürosuna bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

O deyib ki, TÜRKSOY-a üzv ölkələrin milli kitabxana müdirlərinin Bakıda toplantısını keçirərək birliyi qurmağı təklif edib: “Bu tədbirin gələn ilin aprelində Bakıda keçirilməsini təklif etdik. Çünki türkdilli ölkələr arasında Azərbaycan Milli Kitabxanası ən aktiv kitabxanalardan biridir və bizimlə sıx, operativ əməkdaşlıq edir. Bu məqsədlə birliyin qurulmasının Bakıda elan edilməsini istərdik”.