TALIBOVUN BU ŞİRKƏTİ DƏ LƏĞV EDİLDİ -100 000 manatdan artıq vergi borcu var

04/02/2024 - 14:25

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib.

Söhbət əczaçılıq xidmətləri göstərən "Nəxşicahan Med” şirkətindən gedir.

Belə ki, şirkət rəsmən fəaliyyətini dayandırdığını elan edib, bununla yanaşı şirkətin hazırda 100 000 manatdan artıq vergi borcu yığılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl işçiləri "Nəxşicahan Med” barədə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə işi hakim Gülsüm Əliyevanın icraatına verilib.

Xatırladaq ki, "Nəxşicahan Med” 2014-cü ildə qeydiyyata alınıb./İqtisadiyyat.az 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti ucuzlaşdı
01/05/2024 - 09:29
Qızıl cüzi bahalaşdı
18/04/2024 - 10:46
Unla bağlı yenilik olacaq
18/04/2024 - 10:40
Neft bahalaşmaqda davam edir
01/04/2024 - 20:29
Neft bahalaşıb
30/03/2024 - 20:56