"Telegram"dan MÖHTƏŞƏM YENİLİK: "Bu ayın sonunda..."
Yaxın gələcəkdə "Telegram" messencerində bir sıra dəyişikliklər ediləcək - tezliklə heşteqlərin köməyi ilə həyata keçiriləcək qlobal axtarış funksiyası işə düşəcək.
Publika.az xəbər verir ki, bu barədə platformanın qurucusu Pavel Durov məlumat verib.
O bildirib ki, heşteqlərin tətbiqi istifadəçilərə bütün ictimai kanallarda məlumatları tapmağa imkan verəcək.
Durovun sözlərinə görə, bu ayın sonunda heşteqlərə daxil olmaqla, onun aid olduğu ictimai teleqram kanallarındakı bütün yazılara baxmaq mümkünləşəcək.
"Hazırda, əgər yalnız hər bir fərdi kanalın içərisində heşteqi olan yazıları axtarmaq mümkündürsə, funksiyalardakı yenilik kanallar üçün auditoriyanı daha da genişləndirəcək", - o qeyd edib.