Təhsil xərcləri 8,7 faiz artırılır

17/09/2024 - 21:52

Gələn il dövlət büdcəsində təhsil xərclərinə 4,945.8 milyon manat ayrılması proqnozlaşdırılır. APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb. Təhsil xərclərinin büdcədə xüsusi çəkisi 12,5 faiz olacaq. Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 550 milyon 334 min 684 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil xərcləri 8,7 faiz artırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09