Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO

19/06/2024 - 19:45

Tovuzda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

    “VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

    Hadisə nəticəsində “VAZ -21011”-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

    Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

    Faktla baglı araşdırma aparılır.

    Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ