Türk Ağsaqqalları İctimai Birliyinin üzvləri Akademik Musiqili Teatrın kollektivi ilə görüşdülər
Türk Ağsaqqalları İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev və ictimai birliyinin rəyasət heyətinin üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonaqları olublar. Onlar “Bir nəfəs qədər” tamaşasının yaradıcı heyətini ilə görüşüb, tamaşa haqqında təəssüratlarını bildiriblər.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və xalqımızın qəhrəmanlıq salnaməsini özündə əks etdirən belə unikal bədii yaradıcılıq nümunəsini ərsəyə gətirdiyinə görə tamaşanın bədii rəhbəri, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, mükəmməl rejissor işinə və müəllifi olduğu pyesə görə sənhə əsərinin rejissoru Samir Qulamov, əzəmətli Azərbaycan qadını, şəhid anası obrazını yüksək ustalıqla canlandırdığına görə aktrisa Gülnarə Abdullayeva və Vətən obrazının öhdəsindən yüksək səviyyədə gəldiyinə və eyni zamanda tamaşada rejisor assistenti kimi effektiv işinə görə Əmrah Dadaşov İctimai Birliyin xüsusi mükafatına layiq görülüblər.
Görüşdə TAİB-in sədr müavini Eyvaz Hümbətov, sədr müavini Elnur Eltürk, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev və Mübariz Süleymanlı da çıxış edərək kollektivə gənclərin vətənpərvərlik tərbiyəsində rol oynayan belə gözəl səhnə əsərinə görə minnətdarlıqlarını bildiriblər.
Teatrın direktoru Türk Ağsaqqalları İctimai Birliyinin sədrinə və nümayəndə heyətinə təşəkkürünü bildirib, repertuarda olan tamaşalar haqqında danışaraq onları teatrla daimi əməkdaşlığa dəvət edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media