Türkiyə kəşfiyyatı türk bayrağına hücum edənləri ələ keçirib - VİDEO
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədənlər yaxalanıb. APA xəbər verir ki, əldə olunan məlumata görə, iyunun 30-da Kayseri və bəzi vilayətlərdə qaçqınlara qarşı baş verən hadisələrdən sonra Suriyanın şimalında Türkiyəni hədəf alan təxribatlar baş verib. Bu hadisələr zamanı Milli Kəşfiyyat Təşkilatı, Daxili İşlər və Milli Müdafiə nazirlikləri türk bayrağına hücum edərək Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hərəkətlər həyata keçirməyə cəhd edən şübhəlilərin tutulması üçün əməliyyat başladıb. MİT-in həyata keçirdiyi əməliyyatlar nəticəsində Suriyanın Əl Bab şəhərində türk bayrağına hücum edən bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib. Daha sonra həmin şəxslər törətdikləri əməllərdən peşman olduqlarını deyərək Türkiyə dövlətindən və xalqından üzür istəyiblər.