Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb
16/09/2024 - 09:30
Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb. APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb. Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib. Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.