Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb

16/09/2024 - 09:30

Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb. APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb. Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib. Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57