Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

18/09/2024 - 07:40

Türkiyənin Malatya vilayətində 4,4 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsinin (AFAD) açıqlamasına görə, yerli vaxtla saat 01.38-də Malatyanın Pütürge rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Yerin 9 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə də hiss olunub. Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30