Türkiyədə terrorçu qadın saxlanıldı
28/11/2022 - 13:05
Türkiyənin Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) birgə əməliyyat keçirib.
Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində baş tutub.
Bildirilib ki, əməliyyat nəticəsində DHKP/C terror təşkilatının “Türkiyədən məsul nümayəndəsi” Gülten Matur saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.