Türkiyənin səsdən sürətli raketləri... - İLK DƏFƏ SINAĞI KEÇİRİLDİ / VİDEO

17/12/2022 - 08:14

Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Qafqaz.media bu barədə “Roketsan” şirkətinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.

Şirkətin məlumatına görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 ​​km arasındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12