Ukrayna daha bir silah anbarını vurdu - Əhali təxliyə edilir
“AzPolitika” xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, iki PUA hava hücumundan müdafiə və elektron döyüş qüvvələri tərəfindən vurulub: “Onlardan birinin qalıqlarının düşməsi nəticəsində partlayəş baş verib, yanğın başlayıb”. Göründüyü kimi, qubernator Rusiya tərəfinin hər PUA hücumundan sonrakı ənənəvi izahını təkrarlayıb. Hər dəfə PUA-lar guya vurulur, lakin onların qalıqları fəsadlar törədir. Əslində isə müstəqil mənbələrin və Ukrayna KİV-lərinin məlumatına görə, PUA-lar bu ərazidəki hərbi hissəyə və silah-sursat anbarına hücum edib. Nəticədə güclü partlayış və yanğın baş verib. Krasnodar qubernatoru yaxınlıqdakı yaşayış məntəqəsinin əhalisinin təxliyə edildiyini açıqalyıb: “Hazırda təhlükəsizlik məqsədilə yanğın baş verən ərazinin yaxınlığında yerləşən kəndin sakinləri müvəqqəti olaraq digər ərazilərə köçürülür. Tixoretskdə müvəqqəti yaşayış mərkəzi yaradılıb. Hadisə yerində yanğınsöndürmə briqadaları və xüsusi təyinatlılar işləyir”.
“AzPolitika.info”