Ukrayna daha bir silah anbarını vurdu - Əhali təxliyə edilir

21/09/2024 - 10:43

“AzPolitika” xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, iki PUA hava hücumundan müdafiə və elektron döyüş qüvvələri tərəfindən vurulub: “Onlardan birinin qalıqlarının düşməsi nəticəsində partlayəş baş verib, yanğın başlayıb”. Göründüyü kimi, qubernator Rusiya tərəfinin hər PUA hücumundan sonrakı ənənəvi izahını təkrarlayıb. Hər dəfə PUA-lar guya vurulur, lakin onların qalıqları fəsadlar törədir. Əslində isə müstəqil mənbələrin və Ukrayna KİV-lərinin məlumatına görə, PUA-lar bu ərazidəki hərbi hissəyə və silah-sursat anbarına hücum edib. Nəticədə güclü partlayış və yanğın baş verib. Krasnodar qubernatoru yaxınlıqdakı yaşayış məntəqəsinin əhalisinin təxliyə edildiyini açıqalyıb: “Hazırda təhlükəsizlik məqsədilə yanğın baş verən ərazinin yaxınlığında yerləşən kəndin sakinləri müvəqqəti olaraq digər ərazilərə köçürülür. Tixoretskdə müvəqqəti yaşayış mərkəzi yaradılıb. Hadisə yerində yanğınsöndürmə briqadaları və xüsusi təyinatlılar işləyir”.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30