Ukrayna sərhədçilərinə hücum edən üç nəfər tutulub

17/08/2024 - 11:29

Avqustun 16-da Rumıniya ilə sərhəddə Ukrayna sərhədçilərinə hücum edərək, əks istiqamətə qaçan iki nəfər tutulub. APA “unian“a istinadən xəbər verir ki, əməliyyat əlavə dəstək qruplarının cəlb olunması ilə həyata keçirilib. Saxlanılan şəxslər silahları gizlətdikləri yeri də polis əməkdaşlarına göstərib. Onlar barəsində Ukrayna Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi qaldırılıb. Qeyd edək ki, hadisə avqustun 16-sı günorta saatlarında baş verib. Üç naməlum şəxs Ukrayna Sərhəd Qoşunlarının Rumıniya ilə sərhəddəki postuna basın edib. Basqınçılardan biri həmin gün Ukrayna ərazisində ələ keçirilib.

 

.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15