Ukraynada həlak olan gürcü döyüşçü Mixail Tevdoradzenin cənazəsi vətəninə gətirilib

22/12/2022 - 11:49

Ukraynada həlak olan gürcü döyüşçü Mixail Tevdoradzenin cənazəsi Gürcüstana gətirilib.

Qafqaz.media xəbər verir ki, döyüşçülərin ailə üzvləri, qohumları, dostları və siyasətçilər onun cənazəsini Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıblar.

45 yaşlı Mixail Tevdoradze müharibə başlayandan az sonra Ukraynaya döyüşməyə gedib. Bir neçə gün əvvəl Baxmut yaxınlığında gedən döyüşdə həlak olub. Onunla birlikdə daha bir gürcü döyüşçü Serqo Kartvelişvili də həlak olub, üç gürcü döyüşçü isə yaralanıb.

Gürcü döyüşçülər snayperlə qətlə yetirilib.

Qeyd edək ki, hələ yalnız Mixail Tevdoradzenin cənazəsi vətəninə çatdırılıb. Onun cənazəsi Partsxanakanebi kəndindəki evinə aparılacaq.

Qafqaz.media