Ukraynanı bürüyən etiraz dalğası - Nə baş verir?

04/09/2024 - 10:34

Ukraynanı istefa dalğası bürüyüb. Ötən gün çox sayda nazir Ali Radaya istefa ərizəsi təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ukrayinska Pravda” nəşri öz mənbələrinə istinadən yazır ki, Dmitri Kuleba Ukraynanın xarici işlər naziri vəzifəsindən azad edilə bilər. Onun yerinə müavini Andrey Sibiqanın namizədliyinə baxılır.

İlkin məlumatlara görə, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.

Həmçinin Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk və baş nazirin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinanın da istefa verdiyi bildirilib.

Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

Bundan başqa bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna prezidentinin ofisində də dəyişikliklər olacağını deyib. 

“Payız ölkə üçün son dərəcə əhəmiyyətli olacaq, ona görə də hökumətdə bəzi sahələri gücləndirmək lazımdır”, - o çıxışında bildirib. Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib. Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır. Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.  İrina Vereşçuk da postuna 4 noyabr 2021 ildə təyin olunub. O, bu vəzifədə Oleksii Reznikovu əvəzləyib. Olqa Stefanişina da 4 iyun 2020-ci ildə indiki potuna gətirilib. Vitali Koval 2023-cü il noyabrın 21-dən Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindədir. Dimitri Kuleba isə 4 mart 2020-ci ildən ölkənin XİN rəhbəri vəzifəsini icra edir. Xatırladaq ki, Ukrayna Ali Radasında prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının lideri David Araxamia ölkənin Nazirlər Kabinetinin 50%-dən çoxunda dəyişiklik ediləcəyini açıqlayıb.

Fotoda Aleksandr Kamışin

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57