Ukraynanın baş sərhədçisi Sergey Deyneko: Rusiya Belarusda 10 200 nəfərlik hərbçi qrupu toplayıb

28/12/2022 - 20:10

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Sergey Deyneko bildirib ki, hazırda Rusiya Belarusda 10 200 nəfərlik hərbçi qrupu toplayıb və bu say Ukraynaya hücum etmək üçün kifayət deyil. Qafqaz.media bu barədə Ukrayna KİV-lərinə istinadla xəbər verir.
Deyneko, "Rusiya Federasiyasının silahlı qüvvələrinin 10200-ə yaxın hərbçi olduğu qrup, dövlətimizin ərazisində yenidən irəliləmək tapşırığını yerinə yetirə bilməz", deyə fikrini ifadə edib.
Baş sərhəd naryadının sözlərinə görə, kəşfiyyat, Dövlət Sərhəd Xidməti və əməliyyat-axtarış bölmələri hər gün Belarus ərazisində vəziyyətə nəzarət edir, həmçinin onlara “dilsiz köməkçilər” də kömək edir. Onların hamısı bildirirlər ki, düşmənin hücum üçün “real imkanları” yoxdur.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33