“Ukraynanın Krımda əməliyyatlar keçirmək hüququ var” – AMERİKADAN AÇIQLAMA

16/12/2022 - 19:55

ABŞ yarımadanı Ukrayna ərazisi hesab etdiyi üçün Ukraynanın Krımda hərbi əməliyyatlar keçirmək hüququnu tanıyır.

Qafqaz.media xəbər verir ki, bu barədə cümə günü Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Krım Ukraynadır. Ukraynalıların isə öz ölkələri daxilində əməliyyatları harada keçirəcəklərinə qərar vermək hüququ var”, - o, jurnalistlərə bildirib.

Qafqaz.media