Ukraynanın Xarkovda geri aldığı ərazilərlə bağlı açıqlama

25/08/2024 - 09:01

Ukrayna hərbçiləri Xarkov vilayətində azad edilmiş yerləri saxlayır. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 3-cü Əlahiddə briqadasının nümayəndəsi Aleksandr Borodin deyib. Onun sözlərinə görə, hazırda vəziyyət stabildir: "İşğalçılar əks-hücuma keçməyə çalışsalar da, düşmən uğur qazana bilmir. Ukraynalı müdafiəçilər həm düşmən texnikasını, həm də şəxsi heyəti məhv edirlər. İndi rusların əsas məqsədi mövqelərini sabitləşdirmək və qurmaqdır, çünki mövqe yoxdur. Bu, onların həyata keçirdikləri müdafiə və ya hücum hərəkətlərindən əhəmiyyətli dərəcədə daha çox resurs tələb edir. Xarkov vilayətində vəziyyət dəyişməyib, lakin düşmən mövqelərini itirdiyinə görə daha çox resurs cəlb etməli və taktikanı dəyişməlidir. Bu, düşmənə ciddi təsir edir.

Onların nə gücləri, nə vaxtı, nə də piyadalarına yaxşı təlim keçməyə həvəsləri var".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25