“Vagner” muzdlularının cəsədləri xüsusi çantalara yığılır, sənədləri müsadirə olunur -  Ukrayna Silahlı Qüvvələrindən AÇIQLAMA

24/11/2022 - 13:30

Rusiya son sutka ərzində Ukrayna ərazisinə 78 raket və 23 hava zərbəsi endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirib ki, Ukrayna ordusunun mövqelərinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 70-dən çox mərmi atılıb.

Qafqaz.media-nın məlumatına əsasən, hesabatda deyilir ki, hazırda ən ağır quru döyüşləri Donetsk bölgəsində bütün cəbhə xətti boyunca gedir və burada rus qoşunları uğursuz şəkildə iki əsas hədəfə - Baxmut və Avdiivkaya doğru irəliləməyə çalışır.

Baş Qərargahda Donetsk vilayətinin işğal olunmuş Qorlovkasından da məlumat var, ona əsasən yerli xəstəxananın tibb işçiləri işğalçı hakimiyyətdən ölmüş “Vaqner PMC” muzdlularının sənədlərini ələ keçirmək, onların cəsədlərində məhkəmə-tibbi ekspertiza keçirməmək barədə göstərişlər alıblar. Qəti tapşırılıb ki, onları daşımaq üçün sanitar çantalara qoyun. Yükün təyinat yeri hələlik məlum deyil.

Məlumatda həmçinin bildirilir ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiya, raket qüvvələri və artilleriya qurğuları düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 4 ərazini vurub.

 

Qafqaz.media