“Vardanyan vətənpərvərləri işdən çıxarır, Paşinyanın adamlarını gətirir” – ERMƏNİLƏR ETİRAZ EDİR

22/12/2022 - 14:26

“Vardanyan söhbətimiz zamanı mənə dedi ki, bilirəm, sən vətənpərvər oğlansan, amma mənim komandamda sənə yer yoxdur”.

Qafqaz.media erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Qarabağdakı erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyan tərəfindən işdən çıxarılan Artur Ayrapetyan bildirib.

Onun sözlərinə görə, Kremlin himayədarı öz komandasını formalaşdırmaq üçün vaxtilə Ermənistanın baş naziri Paşinyanla işləmiş şəxsləri cəlb edir.

“Məsələn, onun müşaviri Arakelyan əvvəllər Nikolanın müşaviri və Ermənistanın əmək və sosial məsələlər naziri olub”, - deyə Ayrapetyan əlavə edib.

O, iddia edir ki, onun işdən çıxarılmasına səbəb Vardanyanın Ermənistan hakimiyyətinin siyasətinə qarşı olan insanlardan xilas olmaq niyyətidir.

Qafqaz.media