Vasif Talıbovun kolleksiyasında 150-ə yaxın avtomobil var - FOTOLAR

29/12/2022 - 09:19

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro avtomobil kolleksiyasının görüntüləri üzə çıxıb.

Qafqaz.media xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov məlumat yayıb.

Jurnalist kolleksiyada təxminən 150-ə yaxın avtomobil olduğunu bildirib.

O, V.Talıbovun retro maşınlar kolleksiyasının Nizami rayonu Əlişir Nəvai 17 ünvanında (Gəmiqaya Holdinqin ərazisində) yerləşdiyini yazıb.