Vladimir Zelenski yenidən ABŞ-a səfər edəcək - BMT BAŞ ASSAMBLEYASINDA ÇIXIŞ EDƏCƏK
17/01/2023 - 08:54
Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.
Qeyd edək ki, ötən həftə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova Prezident Zelenskinin BMT Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etmək üçün BMT-yə gəlmək niyyəti olduğunu açıqlamışdı.
Buna cavab olaraq BMT rəsmiləri Prezidentin istəyini yüksək qiymətləndirib və onun Baş Assambleyada çıxış etmək üçün dəvət edib.
Təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə Prezidentin Nyu-Yorka gəlişi planlaşdırılır.