Əvvəlcə 78 yaşlı kişini, sonra özünü güllələdi

27/08/2024 - 11:32

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. "Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ