Xaricdəki azərbaycanlıların pul köçürmələri ilə bağlı YENİLİK
“Bir milyona yaxın Azərbaycan vətəndaşı xaricdə yaşayır, çalışır və ölkələrinə pul köçürmələri edir”.
Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ötən ilin yay aylarında bu pul köçürmələrinin təkmilləşdirmələri ilə bağlı layihə hazırlanıb:
"Bu gün layihənin işçi qrupu yaradılacaq. Pul köçürmələrinin müəyyən aspektləri var. Onları müzakirə etmək lazımdır. Müzakirələrə bankları da cəlb etmişik ki, vəsaitin yaxşı formada göndərilməsi üçün fikirlərini bildirsinlər".