Xırdalanda ər arvadına çoxsaylı bıçaq zərbəsi endirib

04/07/2024 - 05:32

Abşeron rayonunda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.APA xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı yaşadığı evin həyatyanı sahəsində əri tərəfindən bıçaqlanıb. Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ