Xorvatiyada təyyarə qəzaya UĞRADI
06/12/2022 - 19:47
Xorvatiya Hərbi Hava Qüvvələrinin MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb.
Qafqaz.media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Təyyarənin günorta saatlarında Slatina şəhəri yaxınlığında qəzaya düşdüyü bildirilir.
Hazırda pilotların axtarışı aparılır.
Qafqaz.media