Yaxın 8 gün ərzində hava belə olacaq

02/01/2024 - 19:56

2024-cü ilin yanvar ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi bəzi günlərdə arabir güclənəcək.

Axşam.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilsə də, lakin ongünlüyün ortalarında, əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi  proqnozlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ