Zakir Sultanov cəzasının yüngülləşdirilməsini xahiş edir

06/12/2022 - 15:53

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov kassasiya şikayəti verib və ona verilən cəzanın yüngülləşdirilməsini istəyib.

Qafqaz.media Haqqin.az-a istinadən xəbər verir ki, şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı mədəniyyət və tarix abidələrinin mühafizəsi və yenidən qurulması üçün ayrılmış büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli islah müəssisəsində çəkib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.