Zelenski ABŞ-dan Böyük Britaniya, Fransa və Almaniyaya səfər edə bilər
21/12/2022 - 22:29
ABŞ-dan sonra Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya, Fransa və Almaniyaya səfər edə bilər.
Bu barədə “CBS” xəbər verir.
ABŞ prezidenti Cozef Bayden Zelenski ilə yerli vaxtla saat 14:00-da Ağ Evdə görüşəcək, bundan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Spiker Nensi Pelosinin ofisi bildirib ki, Zelenski daha sonra yerli vaxtla saat 19:30-da Konqresin birgə iclasında çıxış edəcək.
Xatırladaq ki, Zelenskinin artıq Amerikaya rəsmi səfəri başlayıb.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.