Zelenski Rusiyaya Milad bayramınadək qoşunlarını ölkə ərazisindən çıxarmağa başlamağı təklif etdi

12/12/2022 - 23:41

Prezident Vladimir Zelenski Rusiyanı Milad bayramında işğalçı qoşunlarını Ukraynadan çıxarmağa dəvət edib. Prezident bildirib ki, bununla Moskva öz səmimi niyyətini göstərmiş olar.

Qafqaz.media-nın Ukrayna mətbuatına istinadla məlumatına görə,  bu barədə dövlət başçısı G7 ölkələrinin liderləri qarşısındakı çıxışında danışıb.

"Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa, bu, hərbi əməliyyatların birdəfəlik dayandırılmasını da təmin edəcək. Ümidvaram, bizim çağırışımızı dəstəkləyəcəksiniz, çünki bu, qlobal maraqdır və bizim sülh düsturumuzun bir hissəsidir. Mən Rusiyanın bunu məhz indi, Milad bayramında etməsi üçün heç bir əngəl görmürəm. Moskvadan gələn cavab onların əslində nə istədiklərini göstərəcək”, - deyə dövlət başçısı vurğulayıb.

Bundan əlavə, Zelenski xüsusi sammitin - Global Peace Formula Sammit-in çağırılmasını təklif edib.

"Mən Ukrayna sülh formulunun bəndlərini necə və nə vaxt həyata keçirə biləcəyimizi müəyyən etmək üçün xüsusi sammit - Global Peace Formula Summit-i çağırmağı təklif edirəm. Sizə və digər vicdanlı dövlətlərə sülh formulunun və yaxud onun konkret bəndlərinin  həyata keçirilməsində liderliyinizi müəyyənləşdirməyi təklif edirəm. Biz Rusiyanı Moskvada haqqında bu qədər danışılan münasibətlərin nizamlanmsına doğru konkret diplomatik addım atmağa dəvət edirik”, - deyə Ukrayna lideri fikrini yekunlaşdırıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33