2000 qadın Gürcüstan prezidentini Saakaşvili və Qvaramiyanı əfv etməyə çağırdı

29/12/2022 - 13:54

Gürcüstanda 2000 qadın prezident Salome Zurabişviliyə Mixail Saakaşvili və Nika Qvaramiyanın əfv olunması xahişi ilə müraciət ünvanlayıb.

Qafqaz.media xəbər verir ki, onlar prezidenti Saakaşvilinin həyatını xilas etmək və Gürcüstanın Avropa perspektivini qorumaq üçün bu qərarı qəbul etməyə çağırırlar.

“Üçüncü prezidentin işgəncələrə məruz qalmasına imkan verməyin və dövlətin daha da qütbləşməsinə və insanlıqdan çıxarılmasına qarşı hərəkət edin.

Vladimir Putinin ssenarisi üzrə heç kimin təqib oluna, işgəncələrə məruz qalmaması və öldürülə bilməyəcəyi müstəqil, Qərbyönlü Gürcüstan ideyası naminə yeganə düzgün qərarı verin. Sizi konstitusiya, tarixi və bəşəri öhdəliyi yerinə yetirməyə çağırırıq”, - müraciətdə deyilir.

Müraciət müəlliflərindən biri Teona Çalidze “Netgazeti”-yə bildirib ki, petisiyanı tanınmış ictimai xadimlər - Nino Suxişvili, Nana Aleksandriya, Eka Beseliya, Tina Xidaşeli, Qabriela fon Habsburq və başqaları imzalayıb.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ