2024-cü il Olimpiadasının açılışı günü Paris səması bağlI olacaq

27/11/2023 - 20:51

Fransa Nəqliyyat Nazirliyi 2024-cü il Olimpiadasının açılışı günü Paris səmasını bağlamağı planlaşdırır.

 Bu barədə BFMTV məlumat yayıb.

“Saat 19:00-dan gecə yarısına qədər heç bir təyyarə Paris hava limanlarından havaya qalxa və ya əksinə, aeroportlara eniş edə bilər. Yalnız Fövqəladə Hallar Xidmətinin hava gəmilərinə istisna tətbiq olunacaq. Fransa paytaxtı üzərində də uçuşlar qadağan olunacaq. Paytaxt ətrafında 150 kilometr radiuslu adi girişin qadağan olunduğu sahə yaradılacaq”, – məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06