3 min yaşı olan qılınc tapıldı

17/09/2024 - 06:56

Tapıntı Misirdə - Nil çayının deltasında aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb. 525.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloqlar qədim misirlilərə aid hərbi kazarmada bir sıra tarixi əhəmiyyəti əşya aşkarlayıblar. Misir Turizm Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata onların arasında ən qiymətlisi üzərində Misir fironu II Ramzesin (e.ə. 1279-1213)  adı yazılmış və müxtəlif ieroqliflərlə bəzədilmiş bürünc qılıncdır. Qılınc kazarmanın girişində, kiçik otaqda tapılıb və dekorativ deyil, döyüş üçün nəzərdə tutulubmuş. Güman ki, silah firon tərəfindən yüksək rütbəli zabitə hədiyyə olunub. Bundan başqa kazarma ərazisində buğda anbarı, çörək bişirmək üçün sobalar və qədim Misirdə müqəddəs hesab edilən inəklərin qalıqları aşkarlanıb.  Qeyd edək ki, hərbi kazarma yaxşı təchizatlandırılmış və liviyalıların hücumlarının qarşısını almaq üçün burada yerləşdirilibmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21