“ABŞ-dakı seçkilərdən sonra Aİ Ukrayna böhranı ilə təkbaşına qala bilər”- Orban

22/11/2023 - 20:51

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynadakı münaqişə ilə təkbaşına qalmağa hazır olmalı olduğunu bildirib.

Bu barədə Macarıstanın MTI agentliyi xəbər verir.

V.Orbanın fikrincə, Respublikaçılar Partiyası ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi və Konqresdə çoxluq qazanacağı təqdirdə Amerika siyasəti dəyişə bilər.

“Daha çox skeptik olan respublikaçılar hakimiyyətə gələrsə, Avropanın nəhəng geosiyasi münaqişə ilə təkbaşına mübarizə aparması, problemin demək olar qeyri-mümkün siyasi həllini tapması və xərcləri özünün qarşılaması tamamilə mümkündür”, – V.Orban deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33