ABŞ dövlət katibi ATƏT-in iclasında iştirak edəcək

27/11/2023 - 20:26

ABŞ dövlət katibi Antoni Blinken bu həftə Skopyedə keçiriləcək ATƏT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib.

“ATƏT-ə gəlincə, ABŞ nümayəndə heyətinə dövlət katibi Blinken başçılıq edəcək”, – o deyib.

C.O`Brayenin sözlərinə görə, Amerika diplomatiyasının rəhbəri Şimali Makedoniyaya noyabrın 29-da NATO-ya üzv ölkələrin xarici işlər başçılarının Brüssel görüşündən dərhal sonra gedəcək.

TASS