ABŞ-nin Yale universitetində Azərbaycan guşəsi açılıb

08/11/2023 - 00:30

ABŞ-nin nüfuzlu təhsil ocaqlarından biri olan Yale universitetində Azərbaycan guşəsi açılıb.

Güşə “The World Scholar’s Cup” Beynəlxalq Olimpiadasında iştirak edən azərbaycanlı şagirdlərin təşkilatçılığı və Azərbaycanın Vaşinqtondakı səfirliyinin dəstəyi ilə açılıb.

Azərbaycanın milli atributlarının əks olunduğu suvenirlərin (bayraq, xalça, musiqi alətləri, kəlağayılar), milli kulinariyamızın ləziz təamlarının (şəkərbura, paxlava), ölkəmizlə bağlı kitabların təqdim olunduğu guşəyə maraq böyük olub.

Şagirdlər ölkəmizi milli geyimlərdə təmsil ediblər. Onlar universiteti ziyarət edən yerli və xarici tələbələrə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi barəsində məlumatlar veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33