ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri vermək qərarına gəldi - CNN

14/12/2022 - 01:22

“ABŞ administrasiyası “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək planlarını yekunlaşdırır”.

Qafqaz.media-nın məlumatına əsasən, bu barədə CNN ABŞ rəsmilərinə istinadən xəbər verir.

Onların fikrincə, qərar bu həftə rəsmi olaraq elan edilə bilər. Pentaqonun planı daha sonra departament rəhbəri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir. Bundan sonra sənəd prezident Co Baydenə imzalanmaq üçün göndəriləcək.

США решили передать Украине системы ПВО Patriot - Русская служба The Moscow Times

Bildirilir ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunau sıradan çıxarmaq üçün atdığı qanadlı və ballistik raketləri effektiv şəkildə ələ keçirə bilən “Patriot” sistemləri sənədlərin imzalanmasından qısa müddət sonra göndəriləcək. Ukrayna hərbçiləri Almaniyadakı Amerika Qrafenvur bazasında “Patriot”la işləmək üçün təlim keçəcəklər.

“Kiyevin neçə sistem alacağı hələ ki, bəlli deyil, lakin onlar nəinki “səmanı bağlayacaq”, həm də Şərqi Avropada NATO üzvü olan ölkələrin hava məkanının təhlükəsizliyini təmin edəcək”, - CNN mənbələrindən biri deyir.

Tipik olaraq, “Patriot” batareyasına bir radar, kompüterlər, enerji generatorları, komanda postu və hər biri dörd raket əleyhinə raketlə yüklənmiş səkkiz işəsalma qurğusu daxildir. Ortamənzilli NASAMS kimi kiçik hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq, “Patriot” onlarla insanın işləməsini tələb edir.

Военная операция на Украине. Главное — РБК

Lakin Rusiyanın atəşi altında aparılacaq təlimlərə baxmayaraq, ABŞ Kiyev hakimiyyətinin aylardır tələb etdiyi sistemləri Ukraynaya təhvil vermək qərarına gəlib. Ağ Evin yüksək rütbəli rəsmisi CNN-ə deyib ki, “yerdə baş verənlərin reallığı” administrasiyanı bu addımı atmağa məcbur edib. O, həmçinin Rusiyanın davamlı atəşə tutması nəticəsində Ukraynanın demək olar ki, bütün qeyri-nüvə elektrik stansiyalarının zədələndiyini, milyonlarla insanın işıqsız və istiliksiz qaldığını qeyd edib.

Qafqaz.media