ABŞ-ın Yaxın Şərqdəki bazaları atəşə tutuldu – BU HÜCUMLARIN ARXASINDA İRANIN DURDUDUĞU İDDİA EDİLİR

19/10/2023 - 12:59

Livanın “Al Mayadeen” televiziyası ABŞ-ın Suriyadakı iki hərbi bazasına hücum edildiyini bildirib.

Qeyd edək ki, hücumlarla bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

“Al Mayadeen” Suriyanın şimalındakı Deyr əz-Zor bölgəsindəki Konoko bazasına raket hücumu edildiyini açıqlayıb.

Bununla yanaşı, Suriya, İraq və İordaniya sərhədləri yaxınlığında yerləşən Əl-Tanf bazasına da pilotsuz təyyarə hücumu qeydə alınıb.

Məlumatlar az tanınan “Tashkeel al-Wariteen” silahlı qrupunun İraqın şimalındakı Ərbil əyalətindəki Harir hərbi hava limanına pilotsuz təyyarə ilə hücuma görə məsuliyyəti öz üzərinə götürməsindən sonra yayılıb. Hansı ki, burada ABŞ hərbçiləri yerləşir.

Çərşənbə günü səhər saatlarında “Reuters” xəbər agentliyi ABŞ ordusunun İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd bazasına hücumun qarşısını aldığını bildirib. Bu hücum zamanı pilotsuz uçuş aparatı ələ keçirlib, lakin yenə də partlayıb və bəzi avadanlıqlara ziyan vurmaqla yanaşı, bir neçə nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, hərbi mənbələr bu hücumların arxasında İran rejiminin dayandığını istisna etmir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ