“AĞIR CƏZALAR DAVAM EDƏCƏK” – Molla rejimi etirazçıları hədələdi

12/12/2022 - 09:58

İran daxili işlər nazirinin müavini Məcid Mirəhmədi etirazçılar barəsində verilən edam hökmləri ilə bağlı beynəlxalq basqılara əhəmiyyət verməyəcəklərini bildirib.

O, dekabrın 10-da mediaya verdiyi açıqlamada beynəlxalq reaksiyaların İran Məhkəmə sisteminin qətiyyətli cəza tədbirləri görmək barədə iradələrinə təsir göstərə bilməyəcəyini deyib.

Reaksiyaları media hücumu adlandıran Məcid Mirəhmədi İran hökumətinin etirazçılara qarşı sərt mövqe nümayiş etdirməkdə davam edəcəyi barədə xəbərdarlıq edib./gunaz.tv