Aktrisalarımız "Canım Qazaxıstan" filmində rol aldılar

23/06/2024 - 13:31

 

     Qazaxıstanda “Canım Qazaxıstan” adlı bədii filmin çəkilişlərinə başlanılıb. Filmin quruluşçu rejissoru Damir Tastembekovdur. Film komik situasiyaları olan melodram janrındadır. Sevindirici hal odur ki, filmdə Azdramanın aparıcı səhnə ustası, "Əməkdar artist", sevimli aktrisamız Sənubər İsgəndərli və Azərbaycan Dövlət Pantomim Teatrının gənc aktirisası Aydan Həsənova da  rol alıblar. "Əməkdar artist" Sənubər İsgəndərli  “Canım Qazaxıstan” filmində canlandırdığı obraz barədə fikirlərini Qafqaz.Media saytının əməkdaşı ilə bölüşdü:

   – Fuad bəy, "film müasir həyatdan götürülüb. Zeynəb xanım iş adamıdır, çox iradəli, əzmkar bir qadındır. Qızı da onun şirkətində çalışır. Mənim qəhrəmanım qızına qarşı çox sərt davranır. Lakin filmin sonunda anlayır ki, onun qızına rəhbər yox, ana lazımmış. Bu filmdə sevgi də var, gülüş də, göz yaşı da. Hələ ki, çəkilişlər gedir. Filmin çəkilişləri Qazaxıstanda və Türkiyənin Alanya şəhərində aparılır. Mən Sənubər İsgəndərli filmdə türk iş adamı, biznesvumən Zeynəb xanım rolunda çəkilirəm. Filmdə  qızımı Pantomim Teatrının gənc aktrisası Aydan Həsənova oynayacaq. Aydan xanım  Asiya rolunda çəkiləcək. O, filmin baş qəhrəmanıdır. Varlı ailənin qızıdır, anası ilə birlikdə çalışsa da, mənəvi baxımdan aralarında məsafə böyükdür. Filmin sonunda bu problem həllini tapır."

P.S. Biz də Qafqaz.Media saytının rəhbərliyi və kollektivi adından sevimli sənətkarımıza uğurlar arzulayırıq! 

Fuad BİLƏSUVARLI

Qafqaz.Media 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49