Alim Qasımovun nəticəsi - Foto

04/02/2024 - 14:13

Xalq artistləri Natiq Şirinovun oğlu Ümid və Alim Qasımovun nəvəsi Fatimə evlilik ildönümünü qeyd edib. 

Qafqaz.Media xəbər verir ki, cütlük bu münasibətlə yeni doğulan qızı ilə foto yayımlayıb. 

Cütlük şəklə ailə qurmalarının iki ili tamam olmasını qeyd edərək "İldönümümüz mübarək" qısa şərhini yazıblar. 

Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid isə Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun oğludur. Ümid atasının "Natiq" ritm qrupunda nağara ifaçısı kimi fəaliyyət göstərir. 

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49